featured-image-27163

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində ötən ay Avstriya və İsveçə uduzan, iki oyunda qapısında 9 qol görən millimizin baş məşqçisi Canni De Byazi hələ də Bakıya qayıtmayıb.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis Stokholmdan birbaşa vətəninə yollanmışdı. Maraqlıdır, yığmamızın çalışdırıcısı nə zaman Azərbaycana dönəcək?

AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Firuz Aabdulla 66 yaşlı mütəxəssisin aprelin 17-də gələcəyini bildirib:

“Məndə olan məlumata görə, Canni de Byazi aprelin 17-də Bakıya dönməlidi. Hesabatı da Azərbaycana gələndən sonra təqdim edəcək. İcraiyyə Komitəsinin iclası? Hələ ki bu haqda hansısa məlumat yoxdu”. (Futbol+)

Bənzər xəbərlər