featured-image-29012

Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə dünya çempionatına start verilib. Msport.az xəbər verir ki, millimizin üzvü Ümid Rüstəmov (57 kq) ilk görüşündə qalib gəlib.

Həmyerlimiz 1/32 finalda Mərakeş təmsilçisi Süleyman Samqulini Hakimlərin yekdil qərarı ilə məğlub edib. O, ikinci və üçüncü raundlarda rəqibini noqdauna salıb.

Mayın 15-dək davam edəcək turnirdə Azərbaycanın ümumilikdə 13 boksçu ilə mübarizə aparacaq.

 

Bənzər xəbərlər