featured-image-8336

Region Liqası komandalarının I Divizionda çıxış edə bilməsi üçün meyarlar müəyyənləşdirilib.

Msport.az xəbər verir ki, AFFA və Peşəkar Futbol Liqası siyahını İcraiyyə Komitəsinin iyulun 15-də qəbul etdiyi qərar əsasında tərtib edib.

Meyarlar bunlardır:

1. Klubun Nizamnaməsi;

2. Dövlət Reyestrindən çıxarış;

3. Klubun strukturu;

4. Standartlara cavab verən meydança və stadion (əgər icarəyə götürələcəksə, stadionla klub arasında qüvvədə olan müqavilə);

5. VÖEN;

6. Oyunlarda təhlükəsizliyin təminatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanından zəmanət məktubu;

7. Oyunlar zamanı Təcili Tibbi Yardımın təmin olunması ilə bağlı zəmanət məktubu;

8. Ən azı 2 dəst oyun formasının maketi;

9. Peşəkar Futbol Liqasının 2022/23-cü illər mövsümünün Əsasnaməsində qeyd olunan şəkildə baş məşqçi, məşqçi və inzibati-kadr struktrunun təqdimatı;

10. Maliyyə mənbəyi ilə bağlı müvafiq hüquqi sənədlər;

11. Region Liqasında ardıcıl 3 mövsüm iştirak.

Müvafiq klublar meyarlar üzrə sənərlərini 25 iyul saat 17:00-dək [email protected] e-mail ünvanı vasitəsilə AFFA-ya təqdim etməlidirlər.

Qeyd edək ki, İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023 mövsümündə I Divizionda iştirakı təmin olunacaq.

Bənzər xəbərlər