AFFA-nın baş katibi: "I divizionda şübhəli oyunlar aşkarlanıb"
AFFA I divizionda şübhəli oyunlar aşkarlayıb. Msport.az xəbər verir ki, bu baərdə ATV-yə açıqlamasında federasiyanın baş katibi Sərxan Hacıyev deyib:
“Ən azı 2 komanda ilə bağlı araşdırmalar aparılır. Bu klublar I divizionda çıxış edirlər. Hazırda şübhəli oyunlar kimi araşdırılır. Son bir neçə həftə ərzində keçirilən matçlar arasında 2-3 şübhəli oyun var. Bu barədə bizə neqativ siqnallar daxil olub. Hər birini ciddi şəkildə araşdırırıq. Əvəllər araşdırma təqsirləndirilən şəxsin futboldan uzaqlaşdırılması ilə başa çatırdısa, bu dəfə daha ciddi addımlar atıla bilər”.







