featured-image-2636

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

Msport.az xəbər verir ki, Hacı-Məhərrəmov 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarında UEFA nümayəndəsi olacaq.

O, qrup mərhələsinin 6, həmçinin 1/4, yarımfinal və final oyunlarında iş başında olacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 16 may – 1 iyunda İsraildə təşkil olunacaq.

Bənzər xəbərlər