AFFA "Sabah"a xəbərdarlıq etdi - Hakimlər otağında internet olmayıb
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Msport.az xəbər verir ki, toplantıda Premyer Liqanın 22-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib. Komitə “Sabah” klubuna xəbərdarlıq edib. Buna paytaxt təmsilçisinin evdə “Zirə” ilə görüşündə hakimlər otağının internetlə təmin edə bilməməsi səbəb olub. Həmçinin klubun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” 800 manat cərimələnib.
Qeyd edək ki, “Sabah” – “Zirə” matçı Murad Musayevin baş məşqçi olduğu kollektivin 3:1 hesablı qələbəsi ilə başa çatıb.