featured-image-2655

“Həqiqətən də bölgələrdə futbol həyəcanı tam başqa cür olur. Bunu hamımız hiss etdik. Şamaxı azarkeşləri, bizim fanatlar yaxşı ab-hava yaratmışdılar. İnanırıq ki, gələcəkdə bölgə klublarının sayı artar”.

Msport.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Şamaxıda eyniadlı komanda ilə qolsuz bərabərə qaldıqları Premyer Liqanın 25-ci tur matçından sonra deyib.

41 yaşlı mütəxəssis bildirib ki, hesab açılmasa da, azarkeşlər maraqlı oyunun şahidi olublar: “Qol buraxmamağımız bizi sevindirdi. Amma son nöqtəni qoymaqla bağlı çatışmazlıq var. Bu, ehtiyat oyunçularımızın az olması ilə bağlıdır. Mirsayib Abbasov əsas hücumçumuzdur. Ondan razıyıq. 1 xal qazandığımız üçün sevinirik”.

Onun sözlərinə görə, ilk hissədə yaxşı qol epizodları yaxalayıblar: “Sadəcə, oyun boyu dinamikanı saxlamaq çətin olur. Son dəqiqələrdə rəqib tam qüvvə ilə irəli atılmışdı, arxada boşluqlar verirdi. Hər iki komanda meydandan qələbə ilə ayrıla bilərdi. Düşünürəm ki, 1:1 hesabı ədalətli nəticədir”.

Hacıyev ilk hissədə zədələnərək əvəzlənən Rəşad Əzizlinin durumuna da toxunub: “Ayağında ağrılar var idi. Məcburi əvəzetmə etdik. Bakıya qayıtdıqdan sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verə biləcəyik”. (Report)

Bənzər xəbərlər