“Alanyaspor”un prezidenti “Neftçi”nin qonağı oldu
Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu bu gün “Neftçi” PFK-nın qonağı olub.
Msport.az xəbər verir ki, klub rəhbərliyi ilə görüşdə gələcəkdə klublar arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.