“Araz-Naxçıvan”da yeni baş məşqçi - RƏSMİ
“Araz-Naxçıvan”ın rəhbərliyi baş məşqçi vəzifəsinə Cavid Hüseynovu təyin edib.
Msport.az xəbər verir ki, mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Futbolçu kimi müxtəlif illərdə “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə”, Türkiyənin “Adana Demirspor” klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş C. Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb.
“Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.







