featured-image-27977
Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıb.
Msport.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, turnirin ilk günü 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanların yarışında (-66 kq) çəkidə Aydın Rzayev bürünc medal əldə edib. 73 kq çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb.  60 kq çəkidə Nizami İmranov və 66 kq çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə başa vurub.
Qızların yarışında 78 kq çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. Nigar Süleymanova (+78 kq) isə yarışı 7-ci yerdə tamamlayıb.

Bənzər xəbərlər