featured-image-32408

Avropa Oyunlarının boks yarışlarında 1\4 final mərhələsinin görüşləri keçirilib. Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının 4 üzvündən ikisi yarımfinala vəsiqə qazanıb.

80 kq çəki dərəcəsində mübarizə aparan Murad Allahverdiyev Ermənistan nümayəndəsi Hambardzum Hakopyan üzərində qələbə qazanıb. 21 yaşlı idmançı yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edib, həm də Olimpiya oyunlarına vəsiqə qazanıb.

Məhəmməd Abdullayev də 1\4 final mərhələsini qələbə ilə başa vurub. +92 kq çəki dərəcəsində çıxış edən həmyerlimiz Yunanıstan idmançısı Stilianos Pouliası məğlub edib.

Sərxan Əliyev (71 kq) və Məhsəti Həmzəyeva-Ağamalıyeva 1\4 final mərhələsində uduzublar.

Bənzər xəbərlər