Azərbaycan – Haiti matçının biletləri satışda
Azərbaycan və Haiti milliləri arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.
Msport.az xəbər verir ki, qiymətlər 2, 5 və 10 manat təşkil edir.
iTicket.az satış məntəqələri Gənclik Mall, 28 Mall, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi və 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzidir.
Oyun günü matçın keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassalarında da bilet satışı təşkil olunacaq.
Qeyd edək ki, martın 22-də keçiriləcək oyun saat 21:45-də başlayacaq.