featured-image-2297

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının bütün təyinatları müəyyənləşib.

Msport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyun FIFA referilərinə tapşırılıb.

“Qarabağ” – “Qəbələ” matçını Elçin Məsiyev, “Neftçi” – “Zirə” görüşünü isə Əliyar Ağayev idarə edəcək.

29 aprel (cümə)

17:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”

20:30. “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bakcell Arena”

Bənzər xəbərlər