featured-image-3791

“Qarabağ” və “Zirə” komandaları arasında keçiriləcək futbol üzrə Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb.

Msport.az xəbər verir ki, mayın 27-də Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma FIFA referisi Elçin Məsiyevə həvalə olunub.

Azərbaycan kuboku
Final
27 may

19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Ehtiyat köməkçi hakim: Kamran Bayramov
Hakim-inspektor: Frits Ştuxlik
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu.

Bənzər xəbərlər