featured-image-29543

Taekvondo üzrə Azərbaycan yığmasının mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti müəyyənləşib.

Msport.az xəbər verir ki, millimizin heyətinə 13 idmançının adı daxil edilib.

Kişilərin yarışında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidrza Bədriəliabadi (+87 kq) mübarizə aparacaq.

Qadınların yarışında isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərruh Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) ölkəmizi təmsil edəcək.

Xatırladaq ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq. Bununla əlaqədar Azərbaycan paytaxtına 3 minədək qonağın gəlişi gözlənilir.

Bənzər xəbərlər