Azərbaycanlı futbolçu Polşa klubu ilə anlaşdı
Elgün Nəbiyev karyerasını Polşada davam etdirəcək.
Msport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu ölkənin “Limanovya” klubu ilə anlaşıb.
Həmyerlimizin 4-cü Liqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Elgün Nəbiyev Azərbaycanda “Sabah”, “Sumqayıt”, “Zirə” və “Səbail” klublarında oynayıb.