featured-image-30702
Bu gün Bakıda taekvondo üzrə dünya çempionatına start verilib. Msport.az xəbər veirir ki, Bakı Kristal Zalında keçirilən mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü dayanq üzərinə çıxıb.
68 kq çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev 1/32 finalda Eldar Kurmanaliyev (Qırğızıstan) ilə görüşdə 2:0 hesablı qələbə qazansa da, növbəti döyüşündə çinli Çenminq Xiaoya uduzaraq mübarizəni dayandırıb.
İyunun 4-nə qədər davam edəcək dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparacaq.

Bənzər xəbərlər