featured-image-27433

Azərbaycan Premyer Liqasının 29-cu turunda “Turan Tovuz” öz meydanında “Şamaxı” ilə heç-heçə etdi – 1:1.

Msport.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov 5 oyundur qələbə qazana bilməmələrini izah edib:

“Çətin oyun oldu. Bilirdik ki, “Şamaxı” dünənki nəticələrdən sonra daha aqressiv olacaq. Çünki xal hər kəs üçün önəmlidir. Bizim üçün də vacib idi, qələbə qazanmaq istəyirdik. Təəssüf ki, bir xal qazandıq. Bu 1 xallar bəlkə də bizi Premyer Liqada saxlayır. Yerimizi daha rahat edir. Gərgin keçən IV dövrədə hər xal önəmli olacaq. Futbolçularım çalışdı, epizodlar oldu. Birinci hissədə hücumda daha yaxşı oynadıq, fasilədən sonra rəqib də boş zona vermirdi. “Şamaxı” bilirik ki, yaxşı, kompakt müdafiə olunur, sürətli hücumlara çıxır. Buna hazırlaşmışdıq. Bir xal da normaldır”.

Tovuz klubunun çalışdırıcısı 5 oyundur qələbə qazana bilməmələrini belə dəyərləndirib: “Bunun səbəbi sadədir. Bizim çempionatda bu hallar olur, bizdən də iddialı klublar bir neçə tur qalib gələ bilməyib. Bəzi oyunlar var idi, qələbə qazana bilərdik, bəzi görüşləri zəif keçirdik. Əsas məqsədimiz Premyer Liqada yerimizi qorumaq idi. Oyunların gərginliyi də futbolçulara meydanda rahat olmağa imkan vermir. Çox çalışırıq ki, rahat olsunlar. Bəlkə də bunlar bizə mane oldu”.

Abbasov matçın sonlarında stadionda azarkeşlərin “istefa” şüarı səsləndirməsinə də münasibt bildirib: “Azarkeş sərbəstdir, heç nə deyə bilmərik. Amma gerçəyi bilmək lazımdır, biz istəyirik bölgələrdə futbol inkişaf etsin. Bilmirəm, “Turan”dan nə istəyirlər? Bəlkə də komandanı ilk “üçlük”də görürlər. Bu yaxşıdır. Demək bunu özümüz qazanmışıq, çempionat gedə-gedə komandaya belə inam yarandı.

Bu gün qarşımıza qoyulan məqsədlərə çatmaq istəyirik.  Çempionatdan əvvəl də dediyim sözün üstündə dururam ki, bizim üçün çətin olacaq. İlk ilimiz idi, çətinliklə komanda yığmışıq. Öz oyun üslubumuzu tam yeridə bilmirik, axtarışdayıq. Yayda futbolçular Tovuza gəlmək istəmirdilər, inamsızlıq var idi. İstədik bu inamı yaradaq, futbolçularda, şükür ki, bu gün hər şey yaxşıdır. Komanda irəliyə doğru gedir. Tovuz azarkeşlərini tanıyıram, bilirəm. Onların istəklərini də başa düşürəm. Gərək səbrli olsunlar. Bu gün ola bilər, Ayxan, ya başqası. Burda öz yerimizdən tutub qalmırıq. Hər şeyi zaman göstərəcək”. (CBC Sport)

AYXAN 

Bənzər xəbərlər