“Bir oyundakı qələbə heç nə demək deyil” - Şahin Diniyev
Azərbaycan Premyer Liqasının 29-cu turunda “Səbail” – “Sabah üzərində. 2:1 hesabı ilə qalib gəlib. Msport.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirib:
“Gərgin, yüksək səviyyədə keçən oyun oldu. Qarşılıqlı hücumlar var idi. “Sabah” yaxşı futbol sərgiləyən 2-3 komandadan biridir. Bu sistemə qarşı oynamaq çox çətindir. Cinahlardan və ortadan qurulan hücumların qarşısını almaq üçün taktiki sarıdan daha savadlı oynamalısınız. Düşünürəm ki, komandam bütün matçı yüksək səviyyədə keçirdi. Meydanın hər qarışı uğrunda mübarizə apardılar. Sevinirəm ki, “Sabah” kimi komandanı udmuşuq. Arxayınlaşmaq olmaz. Çempionatda qalmaq çox çətindir. Üç xal bizə hava-su kimi lazımdır. Bu gün meydana hücumçusuz çıxmışdıq. İki “10 nömrə” ilə oynayırdıq. Qol vurmaq məqamı çatanda meydana forvard buraxdıq. Bir oyundakı qələbə heç nə demək deyil. Məğlubiyyət hər şeyin üstündən xətt çəkə bilər.
“Komanda saman çöpündən asılı olan məqamda toparlana bilirsə, bu, xarakter deməkdir. Bu futbolun 50-60 faizini göstərə bilsəydik, hər şey fərqli olardı. Futbolçuları başa düşürəm. Çünki mənim kimi təcrübəli mütəxəssis bu vəziyyətdə sıxılır. Bu gün qapımıza mövsüm ərzində 10-cu penaltini təyin etdilər. Psixoloji təzyiqdən çıxmaq çox çətindir. Bu gün rəqib imkan verməsə də, oynadıq.
Digər matçlarda isə rəqiblər imkan verirdi, biz oynamırdıq”
CAHİD







