"Bu sualın cavabını De Byazi bilir" - Elmar Baxşıyev
Canni de Byazi qarşıdakı oyunlar üçün millinin yekun heyətini açıqladı.
Msport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 4-cü yeri tutub Konfrans Liqasına vəsiqə qazanan “Qəbələ”dən yığmaya bir futbolçu belə dəvət olunmayıb. Əyalət klubunun baş məşqçisi Elmar Baxşıyev komandasında milliyə layiq futbolçuların olduğunu deyib:
“Bu sualın cavabını De Byazi bilir. Ona ünvanlasaz, daha dəqiq cavab verə bilər. Heyyəti müəyyənləşdirən odur. Belə lazım biilib. Futbolçularıma tövsiyyə edirəm ki, üzərlərində daha çox işləsinlər və dəvət gözləsinlər.
Hərənin bir düşüncəsi var. Millinin baş məşqçisi odur. Ona görə də De Byazinin qərarına görmətlə yanaşmalıyıq. Lakin qeyd etməliyəm ki, komandamızda millidə çıxış etməyə layiq futbolçular var. Onlar həmişə yığmada oynaya bilərlər” (Futbol+).