featured-image-27361

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XXIX turunda səfərdə “Səbail”ə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Msport.az xəbər verir ki, rusiyalı mütəxəssis vacib xallar itirdiklərini bildirib:

“Meydanda gərgin mübarizə getdi. Ənənəvi olmayaraq, ikili mübarizələri uduzduq. Azlıqda qaldıqdan sonra xarakter göstərib hesabı bərabərləşdirdik. Hətta yaxşı qol fürsətimiz də oldu ki, dəyərləndirə bilmədik. Matçın sonların konsentrasiyanı itirdik, rəqib də bundan yararlandı. Bizim üçün çox önəmli olan xallar itirdik”.

Baş hakim İnqilab Məmmədovun idarəçiliyinə də toxunan Musayev onun qərarlarını sərt tənqid edib: “Bugünkü hakimlə xal qazanmaq şansımız yox idi. Referi ilk 15 dəqiqədə müdafiə xəttimizdəki iki oyunçuya və ya dayaq yarımmüdafiəçimizə sarı vərəqə göstərmək istəyirsə, deməli, niyyəti başqadır. Oyunu fərqli idarə etmək istəyir, özünü hamıdan ağıllı sayır. Matçdan sonra, sadəcə, təşəkkürümü bildirmək, yüksək səviyyəli oyun idarə etdiyini söyləmək istədim. Bu, həmin hakimdir ki, “Qarabağ”la oyunöncəsi də Con İrasabala qırmızı vərəqə göstərmişdi. Halbuki həmin vaxt qaydanı Qoba Zakpa pozmuşdu”.

O, buraxılan qolların təkcə cinah müdafiəçiləri deyil, bütün komandanın günahı olduğunu vurğulayıb: “Buraxılan qollar bütün komandanın səhvidir. Hazırda məsələyə individual şəkildə yanaşmamalıyıq. Matçı təhlil etdikdən sonra fikir bildirmək olar”.

CAHİD

Bənzər xəbərlər