featured-image-2222

Bu gün I Divizionda 23-cü turun oyunları çərçivəsində “Kəpəz” səfərdə “Zirə-2” ilə qarşılaşacaq.

Msport.az  xəbər verir ki, Gəncə klubunun futbolçusu Nicat Süleymanov klubun mətbuat xidmətinə matçla bağlı fikirlərini bölüşüb:

“Yalnız qələbə haqda fikirləşirirk, özümüzə inanırıq. Başqa məqsədimiz yoxdur. Çempionatın sonuna az qalıb. Çalışacağıq ki, qarşıdakı bütün oyunlarda qələbə qazanıb maksimum xallar yığmaqla mükafatçılar sırasına düşək. Ümid edirik ki, belə də olacaq. “Səbail-2” ilə görüş bizim üçün dönüş nöqtəsi oldu. “Qara zolağa” düşmüşdük, ona görə qələbə qazanmaq bizim üçün çox vacib idi. Hesabda geri düşsək də, əzmkarlıq göstərib istəyimizə nail olduq. Növbəti hədəf “Zirə-2” ilə görüşdə qalib gəlməkdir. Düzdür, bütün oyunlara eyni istəklə çıxırıq, amma bəzən alınmır”.

Qeyd edək ki, “Zirə-2” – “Kəpəz” oyunu bu gün saat 16:00-da keçiriləcək.

Bənzər xəbərlər