featured-image-5318

Azərbaycanda keçiriləcək futbol üzrə UEFA Region kubokunun ilkin seçmə mərhələsinin qruplarının bütün iştirakçıları müəyyənləşib.

Msport.az xəbər verir ki, Azərbaycanı 2-ci qrupda “Kolos”la (Belarus) mübarizə aparacaq Region Liqasının qalibi “Cəbrayıl” təmsil edəcək. Bu komandalar arasında oyunlar Şamaxı şəhər stadionunda keçiriləcək.

Bakıdakı “ASK Arena”da isə 1-ci qrupda mübarizə aparan “Basiani” (Gürcüstan), “Kaskelen” (Qazaxıstan) və “Tallin Zapoos” (Estoniya) klubları oynayacaq.

Qrup oyunları iyunun 23-dən 29-dək keçiriləcək. Birinci qrupdan olan komandalar bir-biri ilə bir dəfə, ikinci qrupdakı komandalar isə iki dəfə qarşılaşacaq. İyunun 29-da qrup qalibləri arasında keçiriləcək qarşılaşma onların hansı qruplara vəsiqə qazanacağını müəyyən edəcək.

Bənzər xəbərlər