featured-image-30744

Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Msport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan  Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenqə (Çin) məğlub olub.

Qadınların turnirində  Fəridə Əzizova (67 kq) 1/16 finalda Kristina Teaçota (ABŞ) uduzub.

Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib. Turnir iyunun 4-də başa çatacaq.

Bənzər xəbərlər