De Byazi İcraiyyə Komitəsinə hesabat verdi - Jurnalistlərlə danışmaq istəmədi
Bu dəqiqələrdə AFFA İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilir. Msport.az xəbər verir ki, gündəlikdə duran əsas məsələ Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatıdır.
İtaliyalı mütəxəssis İK üzvlərinə hesabat verərək artıq toplantını tərk edib. O, media nümayəndələrinə məsələ ilə bağlı heç bir açıqlama vermək istəməyib.







