"De Byazi ilə aramızda mübahisə yaranmışdı" - "Barselona"nın futbolçusu
“Barselona”nın icarə əsasında “Spetsiya”da çıxış edən futbolçusu Rey Manaj Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə bir neçə il əvvəl aralarında yaranan mübahisədən danışıb.
Msport.az syri.net-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu italiyalı mütəxəssisin Albaniya millisini çalışdırdığı dövrdə onu yığmaya dəvət etmədiyinə görə əsəbiləşdiyini bildirib. Lakin o, hazırda münasibətlərinin yaxşı olduğunu deyib:
“O vaxt hələ yeniyetmə idim. Millidə oynamaq istəyirdim. Amma Canni de Byazi mənə zəng etmədi. Emosianal olaraq bəzi şeyləri söyləmişdim. Aramızda mübahisə yaranmışdı. Sonra məşqçi ilə məsələni aydınlaşdırdıq, həll etdik. İndi onunla yaxşı münasibətimiz var”.
Qeyd edək ki, De Byazi 2011-2017-ci illərdə Albaniya millisini çalışdırıb.