featured-image-5026

UEFA Millətlər Liqası turniri çərçivəsində iyunun 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək Belarus – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Msport.az xəbər verir ki, əvvəlcə Azərbaycan yığmasının çalışdırıcısı Canni De Byazi media nümayəndələri ilə görüşəcək.

5 iyun

Azərbaycan milli komandası

Saat 14:00. Mətbuat konfransı
Radisson Hotel, Belqrad
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
“Çukariçki” stadionu

Belarus milli komandası

Saat 18:30. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Hər ikisi – “Karadjordje” stadionu

Qeyd: Tədbirlərin başlama saatı yerli vaxtla göstərilib.

Bənzər xəbərlər