featured-image-29617

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı davam edir. Msport.az xəbər verir ki, bu gün daha iki idmançımız mükafatçılar sırasına düşə bilməyib.

90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev Kamerun və Qırğızıstan idmançılarını məğlub etsə də, 1\8 finalda isveçli Markus Nyümana uduzub.

Murad Fətiyev də (90 kq) mükafatçılar sırasına düşə bilməyib. O, Rumıniya və Yunanıstan cüdiçuları üzərində qələbə qazandıqdan sonra Kuba nümayəndəsi İvan Silva Moraleslə görüşdən məğlub ayrılıb.

Azərbaycan komandası dünya çempionatında hələ ki medal qazana bilməyib.

Bənzər xəbərlər