Elçin Məsiyev İtaliya millisinin oyununu idarə edəcək
FİFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.
Msport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da keçiriləcək Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.