Əliyar Ağayev Millətlər Liqasının oynunu idarə edəcək
Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.
Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisi San-Marino və Malta komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının II tur oyununu idarə edəcək.
Ona laynsmanlar Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 5-də San-Marinonun Serravalle şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.