Əliyar Ağayev "Panatinaikos"un oyunçusuna qırmızı vərəqə göstərdi
Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununu idarə edib.
Msport.az xəbər verir ki, FİFA referisi çempionluq qrupunun 6-cı turunda “Panatinaikos” – “Aris” görüşünün baş hakimi olub.
Yan xətt hakimləri funksiyasını Zeynal Zeynalov və Akif Əmirəli icra ediblər.
Sözügedən görüşdə “Panatinaikos” 1:0 hesabı ilə qalib gəlib. Həmyerlimiz 45-ci dəqiqədə “Aris”in oyunçusu Abubakar Kamaraya ikinci sarı vərəqəni göstərərək meydandan qovub. Bundan başqa, referi 5 oyunçunu sarı vərqə ilə cəzalandırıb.
Qeyd edək ki, “Panatinaikos” çempionatın turnir cədvəlində 54 xalla 3-cü, “Aris” isə 53 xalla 4-cüdür.