Elxan Məmmədov Kiyevə getdi
FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Ukraynaya işgüzar səfər edib.
Msport.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko, baş katib Yuri Zapisotski, ölkənin gənclər və idman naziri Vadim Quttsaytla görüşüb.
E.Məmmədov şəxsi sosial şəbəkə hesabında paylaşım edərək, görüşdən məmnun olduğunu bildirib.
Görüşdə Aleksey Mixayliçenko, Oleq Protasov, Anatoli Demyanenko kimi Ukrayna futbolunun tanınmış simaları da iştirak edib.