featured-image-4447

Milli komandamızın və Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli Azərbaycan kubokunun finalında hansı komandaya azarkeşlik edəcəyinə aydınlıq gətirib.

Msport.az xatırladır ki, bu gün saat 19:00-da Qəbələdə “Qarabağ” “Zirə” ilə üz-üzə gəlib. 24 yaşlı hücumçunun məsələyə münasibəti belə olub:

“İki tərəfdə də mənim üçün doğma, əziz olan insanlar var. Bir yanda Qurban müəllim və bütün komanda yoldaşlarım, digər tərəfdə də kapitanım və gənclər yığmasında baş məşqçim olmuş Rəşad Sadıqov.

İki tərəfin də qalib gəlməsi məni sevindirəcək. Heç birinə görə üzülməyəcəm. Amma Qarabağ”a azarkeşlik edəcəm. Çünki 6 ilim o komandada keçib”. (CBC Sport)

Bənzər xəbərlər