featured-image-1837

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasının 76-cı ildönümüdür.

Msport.az xəbər verir ki, hazırda Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin hücumçusu A.Bağırovun xatirəsinə ehtiram olaraq paylaşım edib.

Paylaşımda M.Emrelinin üzərindəki formada Milli Qəhrəmanın şəkli əks olunub və “Böyük kapitan” sözləri yazılıb.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsindəki qəhrəmanlığına görə ad çıxaran əfsanəvi Allahverdi Bağırov bir vaxtlar “Qarabağ” komandasının məşqçisi və kapitanı olub.

media-163157_id2n00zk5y

Bənzər xəbərlər