featured-image-1220

“Qol buraxmadan qələbə qazanmaq istəyirdik. Bunu bacardığımız üçün ikiqat sevincliyik”.

Msport.az xəbər verir ki, məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev  “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəldikləri matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəsis hər iki komandanın azarkeşlərinin oyunu gözəlləşdirdiyini bildirib: “Çoxdandır qələbə qazanmaq istəyirdik. Futbolçularım meydanda rəqibdən hərtərəfli üstün oldular. Kifayət qədər qol epizodları yaratdıq. Hər iki hissədə rəqibi topsuz qoyduq. Sevindiricidir ki, düşündüyümüz oyun alındı”.

O, “Qəbələ”nin bu yerlərə elə-belə gəlib çıxmadığını söyləyib: “Bu gün qalib gəlsək də, rəqibin təzyiqi daim hiss olunurdu. Fərdi keyfiyyətləri yüksək olan futbolçuları ilə qapımız qarşısında qol epizodları yaradırdılar. Amma həm müdafiədə, həm də hücumda yaxşı oynadıq. Bir-birindən gözəl qollar vurduq. Belə oyunlar üçün hər komandada rəqabətin olması önəmlidir. Sabit heyətlə çıxa bilmədiyimiz matçlarda xallar itirdik. Amma hər oyunda futbolçularımızın istədiyimiz şeyləri etməyə çalışdıqlarını görürdük. Sadəcə, bunu nəticəyə çevrimək çətin olurdu. Bu gün onu da bacardılar”.

Hacıyevin sözlərinə görə, hər komandanın zəif oynadığı matçlar olur: “Futbolçularımın hansısa görüşdə istəksiz çıxış etdiyini deməzdim”. (Report.az)

Bənzər xəbərlər