featured-image-1210

“Sumqayıt”ın özəl azarkeşləri var. Bura böyük istək və ehtiyatla gəlirik. Rəqibin son 6 oyunda qələbəsi yox idi. Gözləyirdik ki, istəksiz olarlar. Amma ilk dəqiqələrdən əksini gördük. Sonadək yaxşı dinamika, istək oldu. Oyuna maraq gətirdilər”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”a səfərdə qalib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransında deyib.

“Rəqib çox yaxşı müdafiə olundu, çox istəkli idilər. Hesaba baxmayaraq, sona qədər oyunda yaxşı dinamika var idi. Düşünürəm ki, futbolçularım bu oyundan çox şey götürdülər. Aleksey Baqaya və “Sumqayıt”a uğurlar arzu edirəm”.

Qurbanov çempionluğa yaxınlaşmalarına baxmyaraq, futbolçularında hər hansı arxayınlıq olmadığını bildirib: “Hələ ki, hiss etmirəm bunu. Hər oyun futbolçular daha çox istəkli, motivasiyalı olurlar. Daha ciddi hazırlaşırıq. Qarşıdakı oyunlarda biz daha yaxşı olmalıyıq. Hələ çempion deyilik. Bizim peşəmiz elədir ki, yaxşı formaya gəlib çıxırıqsa, onu qoruyub-saxlamaq lazımdır. Hətta daha da yaxşılaşdırmaq lazımdır. Futbolçularımdan da tələb olunan budur. Oyundan-oyuna istəkli olmaq lazımdır. Çünki futbolçularımız oyundan-oyuna inkişaf edə bilər. Həvəssiz, istəksiz meydana çıxmağın heç bir faydası yoxdur. Bu yöndə işlərimizi aparırıq”.

Bənzər xəbərlər