featured-image-27288

“Zirə”nin futbolçusu Donald Gerye məhkəməyə verilib.

Msport.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Gerye ilə bağlı məhkəməyə müraciət edib.

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Haitili yarımmüdafiəçinin vergi borcu var və onun Azərbaycandan getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunur. İşə xüsusi icraat qaydasında baxılacaq.

Məsələ ilə bağlı saytımıza danışan 34 yaşlı oyunçu məhəkəməyə verilməsindən xəbərsiz olduğunu bildirib: “Heç bir məlumatım yoxdur. Əslində bunun doğru olduğuna inanmıram. Çünki istər “Neftçi”, istərsə də, “Qarabağ”da oynayarkən vergi klublar tərəfindən ödənilib. Odur ki, hər hansı vergi borcumun olduğunu düşünmürəm. Məsələ ilə vəkilim məşğul olacaq”.

Qeyd edək ki, Gerye Azərbaycanda “Qarabağ”, “Neftçi” kimi klublarda da çıxış edib. 34 yaşlı müdafiəçi bu ilin yanvarında “Zirə” ilə müqavilə bağlayıb.

Qeyd edək ki, 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinən Vild-Donald Gerye 2019-2020 mövsümünü “Neftçi”də, 2020-2021 mövsümünün isə ilk yarısını yenidən Ağdam klubunda keçirib. O, hazırda Kiprin “Olimpiakos” klubunda çıxış edir.

CAHİD

Bənzər xəbərlər