featured-image-2252

“Bu günə qədər əldə etdiyimiz uğurlara görə komanda yoldaşlarıma təşəkkür edirəm”.

Msport.az xəbər verir ki, bu sözləri “Sabah”ın hücumçusu Coy-Lens Mikels sosial şəbəkə hesabında yazıb.

Mikels komandasının Premyer Liqanın son turlarındakı uğurlu çıxışını dəyərləndirib. 28 yaşlı almaniyalı forvard turnir cədvəlində 4-cü pilləyə yüksəlmələrinə baxmayaraq, hələ də heç nə əldə etmədiklərini vurğulayıb:

“Hələ hədəflərimizə çatmamışıq”.

“Sabah” son 4 turda “Qarabağ”, “Səbail”, “Sumqayıt” və “Qəbələ” ilə qarşılaşacaq. “Şamaxı” ilə 24-cü tur matçında (5:1) dubl edən Coy-Lens Mikels hazırda 11 qolla Premyer Liqanın şərikli bombardiridir.

Bənzər xəbərlər