"Hələ karyeramı bitirmək barədə düşünmürəm" - Ruslan Abışov
“Özümdə güc hiss edirəm. Hələ karyeramı bitirmək barədə düşünmürəm, oynamaq istəyirəm”.
Msport.az xəbər verir ki, bu sözləri “Zirə”nin futbolçusu Ruslan Abışov jurnalistlərə bugünkü açıqlamasında deyib.
35 yaşlı müdafiəçi karyerası ilə bağlı mövsümün sonunda qərar verəcəyini bildirib: “Oynamaqla bağlı məsələ baş məşqçinin qərarıdır. Oynamağa şans versə, özümü göstərməyə hazıram. Gələcəklə bağlı mövsümün sonunu gözləmək lazımdır. Bizdə deyim var ki, 33-34 yaşa gələn futbolçu karyerasını bitirməlidir. Ancaq mən bu fikirlə razı deyiləm”.
Qeyd edək ki, Abışov “Zirə”yə 2021-ci ilin yayında keçib.