featured-image-38096

Bu gün qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.

Msport.az xəbər verir ki, yığma ilk görüşünə səfərdə çıxacaq.

Komanda saat 20:00-da Skopyedə Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də Bakı İdman Sarayında İspaniya, 2024-cü il fevralın 28-də isə Litva ilə qarşılaşacaq.

Bənzər xəbərlər