featured-image-1413

“Oyun barədə çox danışmaq istəmirəm. Ümumilikdə komanda istədiyim kimi oynadı. Daha çox hücumda oldu”.

Msport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Sumqayıt”la  oyundan (1:1) sonra mətbuat konfransında deyib.

O, Qəbələ şəhər stadionunda qeydə alınan 1:1 hesablı bərabərliyi belə şərh edib: “Çoxsaylı epizodlar yaratdıq. Sadəcə dəyərləndirməkdə çətinlik çəkdik. İddiamızdan əl çəkməyəcəyik. Sonadək iddiamızı meydanda göstərəcəyik. Bir daha təkrar edirəm, biz “qara zolaq”da deyilik”.

Bənzər xəbərlər