"İlk görüşdən əvvəl siyahı tutmuşdum ki, qıza nələr deyəcəm" - İbrahimoviç
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç yeniyetməlik illərindən və ilk dəfə sekslə məşğul olmasından danışıb.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, isveçli futbolçu həmin dövrdə çox utancaq olduğunu deyib:
“Mən çox utanırdım. İlk görüşdən əvvəl siyahı tutmuşdum ki, qıza nələr deyəcəm. Əgər qız məndən nəsə başqa şey soruşsaydı, mən də ona eyni sualı verəcəkdim. Məndə hər şey öz yaşıdlarımdan bir qədər gec oldu”.
40 yaşlı forvard ilk dəfə sekslə məşğul olmasını da xatırlayıb:
“17 yaşımda oldu. İlk dəfə Malmödəki qettonu (böyük şəhərlərin kənarlarında yerləşən qaçqınların, immiqrantların məskunlaşdığı rayonlar) tərk edib şəhər mərkəzinə gəldim. Yalnız həmin vaxt isveçli xanımları siz təsvir etdiyiniz kimi – sarışın, azad tanıdım. Qettoda yalnız qısa saç parandja (müsəlman qadınlarının qapalı geyimi) geyinən qızlar var idi”.
Qeyd edək ki, İbrahimoviç İsveçdə Balkan immiqrantlarının ailəsində böyüyüb.