"İnanmıram, dünyada elə məşqçi olsun ki, 1:4 uduzduqdan sonra oyunu əla kimi qiymətləndirsin" - AFFA-nın baş katibi
AFFA-nın baş katibi Sərxan Hacıyev millinin baş məşqçisi Canni De Byazinin qarşısına heç bir hədəf qoyulmadığını deyib. Msport.az xəbər verir ki, federasiya rəsmisi italiyalı mütəxəssisin Avstriya ilə matçdan (1:4) sonra “əla oynadıq” fikrinə də münasibət bildirib:
“Baş məşqçi ilə müqavilə uzadılanda o zaman komandamız ardıcıl 3 oyunda qalib gəlmişdi. Əsas məqsəd belə bir tendensiyanın davam etdirilməsi idi.
İnanmıram, dünyada elə məşqçi olsun ki, 0:5 və 1:4 komanda uduzduqdan sonra oyunu əla kimi qiymətləndirsin. Həmin məsələdə konteksdən çıxarılmış məqam var idi. Canni de Byazi birinci qola kimi komanda yaxşı oynadı fikirlərini ifadə edib”.
AFFA-nın baş katibi “millidə yerli, yoxsa əcnəbi məşqçi işləməlidir” sualını belə cavablandırıb: ” Yerli mütəxəssislər arasında da bir neçə nəfər var ki, rahat şəkildə milli komandanın baş məşqçisi vəzifəsində çalışa bilərlər. Bu mənim sırf subyektiv fikirimdir”.
S.Hacıyev De Byazinin istefası məsələsinin hazırda gündəmdə olmadığını da əlavə edib.
O, milli üvlərinə daha əvvəlki kimi fantastik məbləğdə mükafatlar verilmədiyini bildirib: “Beş-altı oyun bundan öncə bu məsələ gündəmə gəldi. Nəticəyə görə verilən mükafatlar xeyli azaldılıb. Bunu yeni maliyyə strategiyasına bağlaya bilərik”. (ATV)
AYXAN







