featured-image-27578

İtaliya mətbuatı “Qarabağ”ın hücumçusu Musa Qurbanlıdan yazıb. Msport.az xəbər verir ki,  “tuttomercatoweb.com” saytı millimizin 20 yaşlı hücumçusu ilə bağlı yazı hazırlayıb. Məlumatda futbolçunun statistikası və keyfiyyəti ilə diqqət çəkdiyi, adını Azərbaycan futboluna yazdıracağı vurğulanıb.

İtaliya mətbuatı Musanı yerli Kvaratsxeliya hesab edir və bir çox klubun artıq hücumçu ilə maraqlandığını yazıb. Forvardı istəyənlər arasında “Beşiktaş” və İtaliya təmsilçiləri də yer alır.

Musa Qurbanlı bu mövsüm Azərbaycan Premyer Liqasında 20 qolla bombardirdir.

media-mus

Bənzər xəbərlər