featured-image-2415

Aprelin 30-u Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə
“Neftçi” Peşəkar Futbol Klubunun sabiq prezidenti Aqil Mir Cəlal oğlu Paşayevin 75 illiyi münasibəti ilə yoldaşlıq görüşü keçiriləcək.

Msport.az xəbər verir ki, “Neftçi”nin veteran futbolçuları ilə idman jurnalistlərindən ibarət komandaların qarşılaşacağı oyun saat 17.00-da başlayacaq.

Aqil Paşayev 1947-ci il mayın 1-i dünyaya gəlib.  O, 1997-2001-ci illərdə “Neftçi” PFK-nın prezidenti vəzifəsini icra edib.
Komanda onun prezidentliyi dönəmində 1999-cu ildə Azərbaycan kubokunun qalibi olaraq ölkəmizi UEFA kubokunda təmsil etmək hüququ qazanıb.
“Neftçi”nin ən ağır dövründə gəldiyi komandanı iflasdan, dağılmaqdan xilas edən Aqil Paşayev bununla da futbol tariximizdə silinməz iz buraxıb.

Aqil Paşayev 2005-ci ildə 58 yaşında vəfat edib.

Bənzər xəbərlər