“Karvan-Yevlax” əcnəbi futbolçusunu yola saldı
Premyer Liqanı tərk edən “Karvan-Yevlax” Samuel Durrantla yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisi məlumat yayıb.
Bildirilib ki, futbolçu ilə müqavilə müddəti başa çatıb və onunla yeni sözləşmə imzalanmayıb.
24 yaşlı Durrant başa çatan mövsümdə 28 oyuna çıxıb, 1 qol vurub.







