"Kəpəz" azarkeşlərindən futbolçulara xəbərdarlıq
“Kəpəz”in azarkeş qrupu olan “Xəmsə” açıqlama yayıb.
Msport.az xəbər verir ki, fan-klubun “Facebook” səhifəsində yaydığı bəyanatda bildirilir: “Komandanın uğursuzluqlarında açıq olaraq günahkar baş məşqçi Yaşar Vahabzadəni görməyimiz , deyəsən bir çoxunda öz aləmində günahsız olduğu düşüncəsi yaradıb.
Komandada oynayan hər bir futbolçu, harada, hansı klubda oynadığını tamlığı ilə dərk etməli , məsuliyyətini anlamaq ( anlatmaq ) zamanı gəldi!
“Kəpəz”də oynadığı halda 3 gündən bir keçmiş komandası haqda paylaşım edənlər daha çox cavab verməli olacaq , ya da “Kəpəz”də olmayacaq!
Unutmayın, indiyə kimi oynadığınız komanda nə qədər böyük olsa da, “Kəpəz”dən böyük ola bilməz. Stadionda azarkeş sayı sizi aldatmasın! İlk və sonuncu dəfə xəbərdarlıq edirik!”