featured-image-1257

“Detallı şəkildə sənədlərin və zəmanətlərin təqdim olunmasına gəldikdə, məhz “Turan Tovuz” və “Kəpəz” Premyer Liqa üçün əsas namizəd hesab edilir”.

Msport.az xəbər verir ki,  bunu AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Federasiya rəsmisi hər lisenziyalaşdırma mövsümündən əvvəl klublarla iclas keçirildiyini xatırladıb:

“Bu, lisenziyalaşdırma mövsümünün açılması da adlanır. Fors-major hal olmasa, bu toplantı oktyabrda baş tutur. Həmin iclasdan bir həftə sonra Premyer Liqada çıxış edən klublar həm avrokuboklar, həm də Premyer Liqa lisenziyası, I Divizion təmsilçiləri isə Premyer Liqa üçün müraciət edə bilərlər”.

Hacıyev cari mövsümdə I Diviziondan bir sıra klubun Premyer Liqa lisenziyası üçün müraciət etdiyini söyləyib: “Ondan sonrakı mərhələdə müəyyən sənədlərin və zəmanətlərin təqdim olunma proseduru start götürür. Bu iki klubun adının Premyer Liqa ilə hallanması məhz bununla bağlıdır”.

35 yaşlı baş katib yekun qərarı AFFA-nın Lisenziyalaşdırma Komissiyasının verəcəyini sözlərinə əlavə edib: “Lisenziyalaşdırma prosedurunda bəzi məsələləri nəzərə alaraq bu mövzuda əlavə açıqlama vermək hazırda mümkün deyil. Bir müdddətdən sonra bu məsələ ilə bağlı daha dəqiq və detallı açıqlama vermək mümkündür”. (Report.az)

Bənzər xəbərlər