Kikboksçumuz Avropa Oyunlarında qızıl medal qazandı
Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.
Msport.az xəbər verir ki, 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda İtaliya təmsilçisi Damiano Tramontana ilə qarşılaşıb.
Full kontakt növündə gücünü sınayan təmsilçimiz rəqibinə 3:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarında birinci olub.