KOBİA-nın sədri mini-futbol yığmamızı təbrik etdi - FOTO
“Zirə”nin fəxri prezidenti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov Avropa çempionu olan Azərbaycan mini-futbol yığmasını təbrik edib.
Msport.az xəbər verir ki, o, “twitter” hesabında millimizin uğuru barədə bunları yazıb:
“Slovakiyada mini-futbol üzrə Avropa çempionu olan milli komandamızın bütün üzvlərini təbrik edirəm. Azərbaycanda yetərincə gənc futbolçular var! Ölkəmizdə futbol var və olmalıdır! Bunu yığmamız öz əməyi və nəticəsi ilə sübut etdi. Təşəkkürlər, milli!”.